Ancelina Coli təxminən bir illik fasilədən sonra qısa müddətə kinoya qayıtmağa hazırlaşır. “Associated Press” agentliyinin məlumatına görə, bu barədə aktrisa özü sonuncu müsahibələrindən birində bildirib. Aktrisa kinoya qayıdaraq hansı layihədə iştirak edəcəyini açıqlamayıb: “Mən bir ildir kinodan ayrılmışam. İndi isə bir neçə aylıq qayıtmağı planlaşdırıram. Bundan sonra bir və ya iki illik növbəti fasilə götürəcəyəm. Gələcəkdə indiyə kimi olduğundan daha az çalışmağı planlaşdırıram”.
Qeyd edək ki, bundan əvvəl Colinin “Erika Solt” trillerində oynayacağı bildirilirdi. Onun gizli rus casusu olmaqda ittiham edilən MKİ agenti rolunu oynayacağı güman edilir.
Bundan əlavə, Ancelina Coli “Dəyişiklik” filmindəki roluna görə “Oskar” almağa namizəddir.