Qeyd edək ki, 17 yanvardan başlanan moda günləri yanvarın 21-də başa çatıb.
Londonun “Hen and Chickens” teatrı ABŞ-ın 44-cü prezidenti Barak Obama haqqında müzikl hazırlayıb. “Playbill”in verdiyi məlumata görə, 2008-ci ilin oktyabrında iki ilkin premyera göstərilib. “Obama On My Mind” adlı komediya janrlı müziklin rəsmi premyerası martın 21-də baş tutacaq.
Müzikldə Barak Obamanın seçki öncəsi həyatı və təbliğatı əks olunur. Hadisələri caz, pop, yüngül rok üslubunda musiqilər tamamlayır.
Musiqili tamaşanın, librettonun və musiqinin müəllifi Teddi Heysdir. Heys indiyədək Çarlz Dikkensin eyniadlı romanı əsasında “Böyük ümidlər” müziklini təqdim etməsi ilə məşhurdur.