İyunun 10-dan 12-dək Bakıda Mədəniyyət və Turizm Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ekoturizm üzrə II Ekspert qrupunun görüşü və “Ekoturizmin inkişafında ekoloji, iqtisadi və mədəni üstünlüklərin müəyyən edilməsinin əsasları” mövzusunda beynəlxalq ekoregion konfransı keçiriləcək.
   Tədbirdə Azərbaycanın milli parklarının ekoturizm potensialı, cəmiyyət-təbiət münasibətlərində ekoturizmin rolu, bu sahədəki beynəlxalq təcrübə, müasir dövrdə davamlı turizmin inkişafına ekoturizmin təsiri, Azərbaycanın Dağlıq Şirvan iqtisadi-coğrafi rayonunun ekoturizm resursları və digər məsələlər müzakirə olunacaq.
   Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, tədbir çərçivəsində iyunun 12-də iştirakçılar üçün Şirvan Milli Parkına ekskursiya təşkil ediləcək.