Dünyaşöhrətli kanadalı müğənni Selin Dion uşaq gözləyir. CTV telekanalının məlumatına görə, müğənninin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Mirey Blondo Dion və həyat yoldaşı Rene Ancelenin gələn ilin may ayında uşaq doğulacağını gözlədiklərini vurğulayıb.
   Mirey Selin Dionun həddən artıq xoşbəxt olduğunu qeyd edib: «O, həmişə ikinci uşağı dünyaya gətirməyi arzu edib».
   Qeyd edək ki, 41 yaşlı Selinin və 67 yaşlı Rene Ancelenin 8 yaşlı Rene-Şarl adlı oğulları var. Ancelenin ilk nikahdan daha 3 uşağı var.
   Xatırladaq ki, Selin Dion dünyanın ən titullu müğənnilərindən biridir. O, karyerası ərzində «Qremmi» və «Cuno» musiqi mükafatlarına layiq görülüb. Bundan əlavə, ona «Gözəl və bədheybət» və «Titanik» filmlərindəki mahnılara görə «Oskar» mükafatı verilib. 2004-cü ildə isə Hollivudun «Şöhrət xiyabanı»nda müğənninin ulduzu yaradılıb.