İngiltərənin şərqi Susseks qraflığındakı Qlayndborn Opera teatrında gözlənilməz hadisə baş verib. Tamaşanın gedişində əsas partiyanın ifaçısı, tanınmış opera müğənnisi Anna Mariya Martines gözlənilmədən səhnədən yıxılaraq orkestrin yerləşdiyi aşağı mərtəbəyə düşüb. Bu barədə məlumat verən qəzetinin yazdığıa görə hadisə Antonina Dvorjakın “Su pərisi” operasının ilk səhnəsinin qurtarmasına bir neçə dəqiqə qalmış baş verib. Bu zaman Su pərisi rolunu ifa edən Mariyanın ayağı səhnədə quraşdırılmış dekorasiyanın hansısa bir hissəsinə ilişib. Aktrisa ayağını ilişmiş əşyadan xilas etməyə çalışsa da, buna nail olmayıb, müvazinətini itirərək yıxılıb.
   “The Times” qəzetinin məlumatına görə, musiqiçilər və ön cərgələrdə əyləşmiş tamaşaçılar dərhal aktrisaya yardım etmək üçün ona tərəf atılıblar. Lakin məlum olub ki, aktrisa heç bir ciddi xəsarət almayıb. Buna baxmayaraq onu təcili olaraq xəstəxanaya çatdırıblar. Xəstəxana müayinəsindən sonra dərhal teatra qayıdan Mariya Martines səhnəyə çıxmaq əzmində olduğunu bildirib. Lakin bu zaman ehtiyatda olan aktrisanın onu əvəz etdiyi bildirilib.