Dünyanın ən gözəl qadınları da gec-tez zamanın amansız qanunları ilə üzləşməli olurlar. Bəli, yaxşı deyiblər ki, “Gedər bir gün bu gözəllik, sənə də qalmaz”. Bu yaxınlarda 45 yaşlı supermodel Ell Makfersonun reklam jurnallarından birinin üz qabığında dərc edilmiş fotoşəkli amansız taleyin artıq onunla da “oynamaq həvəsində” olduğunu nümayiş etdirib. Gözəlliyinə milyonlarla insanın həsəd apardığı xanım Ellin damarları çıxmış, qırışmış ayaqları onun pərəstişkarlarını olduqca məyus edib. Mətbuatın yazdığına görə, əvvəllər podiumdan düşməyən supermodel indi yaraşığını itirmiş ayaqlarını bundan sonra uzun paltarların ətəyi altında gizlətməli olacaq.
   Lakin bu arada supermodel Londonda keçirilən avtomobil modellərinin prezentasiya mərasiminə dəvət alıb. "Jaguar XJ" avtomobilinin reklamında çəkilmək üçün 10,7 min dollar qiyməti olan, olduqca qısa ətəkli paltarda gəlmiş supermodeli paparatsilər “quzu dərisinə bürünmüş qoyun” adlandırıblar.