Ceyson Trefik Hollivud gözəlçəsi Britni Spirslə olan əlaqələrinə son qoymaq qərarına gəlib. Bu hadisədən sonra pop ulduzu nəinki öz əsəblərini, həm də zahiri görkəmini “qaydaya salmaq” qərarına gəlib. Müğənniyə yaxınlığı ilə fərqlənən mənbələrin verdiyi məlumata görə, Britni Spirs nəyin bahasına olursa olsun arıqlamaq və beləliklə də öz sevgilisi ilə yenidən barışmaq fikrindədir. Hazırda müğənni müxtəlif fiziki məşğələlərə üstünlük verib.O, demək olar ki, yeməkdən imtina edib. Məşhur pop ulduzu həmçinin yoqa təmrinləri ilə də məşğul olduğu söylənilir.