Məşhur aktrisa Qvinet Peltrou ekstravaqant geyimlərin sirrini öyrənməyi davam etdirir. Bugünlərdə o, özünün növbəti paltar kolleksiyasını nümayiş etdirib. Fransız qəzetlərinin yazdığına görə, Peltrou heç vaxt pul dalınca qalmır. O özünün məşhur modellərindən əldə etdiyi gəlirin böyük bir hissəsini xeyriyyə məqsədləri üçün istifadə edir. Özünü aktrisa olduğu qədər həm də məşhur paltar dizayneri - modelyer hesab edən Qvinet Peltrou paltarlıq üçün parçaları, aksessuarları, hətta onların qablaşdırıldığı qutuları da öz dizaynı əsasında hazırlatdırır.
   Avqust ayının sonlarında aktrisa-dizayner özünün yeni paltar modellərindən ibarət böyük bir kolleksiyasını satışa çıxarmaq fikrindədir.