İngilis jurnalisti Tom Kinqton “The Guardian” qəzetində dərc etdirdiyi məqaləsində indiyədək heç kəsə məlum olmayan bir həqiqət barədə maraqlı açıqlama verib. Məqalə müəllifinin yazdığına görə XVI əsrdə yaşamış italyan rəssamı Karavaconun ilk fotoqraf olması barədəki məlumat doğru deyil. Belə ki, rəssamın öz emalatxanasından obskur kamerası kimi istifadə etməsi, onun divarında dəlik açaraq xarici predmetlərin lövhə üzərində təsvirini alması metodu əvvəllər də məlum idi. Linza və güzgülərin vasitəsilə obrazların surətinin köçürülməsi texnikası barədə Leonardo da Vinçi də ətraflı məlumat verib. Yeni araşdırmalar isə sübut edir ki, Karavaco kimyəvi maddələrdən istifadə etməklə yaratdığı işığahəssas fotolövhələrin üzərinə əksi düşmüş predmetləri sonradan rəngli boyalarla tamamlayırmış. Belə ki, onun rəsmlərində kətan üzərinə vurduğu boyaların tərkibində civə duzları olduğu aşkarlanıb. Məlumdur ki, civə duzları işığa həssas maddə kimi indi də işlədilir. Bu barədə araşdırmaları Florensiyanın Saçi Roberta Lapuççi İnstitutunun tədqiqatçıları veriblər.