Hind kinosunun ulduzları “pop musiqisinin kralı” Maykl Ceksonun xatirəsinə həsr olunmuş kompozisiya hazırlayıblar. Müğənninin "Make It Large - A Tribute to Michael Jackson" kimi mahnılarına klip bəstələyən hind sənətçiləri bunu məşhur pop kralının xatirəsinə hədiyyə ediblər. KİV-ə verdiyi müsahibələrdə hind musiqiçiləri bildiriblər ki, böyük sevgi və məhəbbətlə hazırladıqları bu klip dünyaşöhrətli pop kralının bu ölkədə çoxlu pərəstişkarları olduğunu sübut edir.