İngiltərənin məşhur “Oasis” rok-qrupunun artıq sabiq hesab olunan gitaristi Noel Hallaher belə bir addım atmasında adıçəkilən qrupun müdiriyyətini və bir sıra üzvlərini suçlayıb. Mətbuatın yazdığına görə isə Noel Hallaherlə öz doğma qardaşı Liamom arasında olan fikir ayrılığı onun “Oasis”dən getməsində əsas rol oynayıb. Bn arada ingilis internet saytlarında məşhur rok-qrupunun öz fəaliyyətini dayandırmaq fikrində olması barədə xəbərlər yayılıb.