Dünyanın məşhur və “bərkgedən” estrada ulduzlarından sayılan Madonna ötən gün Bolqarıstanın paytaxtı Sofiyada bir neçə möhtəşəm konsert verib. Böyük müvəffəqiyyətlə keçən bu musiqi bayramından sonra sənətçi İsrailə yollanıb. Müğənnini gətirən təyyarə İsrailin Ben-Hurion aeroportuna enən kimi onu jurnalistlərdən ibarət böyük bir dəstə “mühasirəyə” alıb. KİV nümayəndələrinə gəlişinin məqsədi barədə məlumat verən Madonna bildirib ki, o, İsraildə bir həftəyədək qalacaq və iki böyük konsert verəcək.