Bugünlərdə ABŞ qəzetlərinə müsahibə verən məşhur kinorejissor Rass Mayer öz yaradıcılığının indiyədək örtülü qalan məqamları barədə maraqlı açıqlamalar verib. Kinorejissor vaxtilə “Playboy” dərgisində fotoqraf işlədiyini, sonradan bu dərgi üçün bəzi xırda-para kinoversiyalar çəkdiyini bütün təfərrüatı ilə təsvir edib. O, həmçinin bütün ştatları gəzərək gözəl və yaraşıqlı sinəsi olan qadınların axtarışına şıxdığını da gizlətməyib. Mayer Rass jurnalistlərə etiraf edib ki, o Fellinisayağı çəkdiyi filmlərində qadınların füsunkar büstünü xüsusi bir formada verməklə məşhurlaşıb. Kinorejissor pornofilm yaratmağa heç vaxt meyilli olmadığını, lakin kifayət qədər pul qazandığını da bildirib. O, özünün ən məşhur əsəri olan “Rəzil” kinofilminin çəkilişinə 72 min dollar sərf etdiyini, onun nümayişindən isə 10 milyon dollar əldə etdiyini də etiraf edib.