2007-ci ildə həvəskar arxeoloqların aşkar etdikləri və vikinqlərə aid olduğu güman edilən çoxlu sayda əşyaları Britaniyanın muzeylərindən biri satın alıb. Əsasən eramızın 927-ci ilinə aid edilən bu nadir tapıntı muzeyin bir neçə ekspozisiyasını bəzəyəcəək. «The Guardian» qəzetinin yazdığına görə, tapıntının ümimi dəyəri bir milyon funt-sterlinqdən artıq qiymətləndirilib. Tapılmış vikinq xəzinəsində 617 ədəd qızıl sikkə və gümüş pul vardır. Burada eyni zamanda çoxlu sayda bəzək əşyaları, müxtəlif vaza və qablar, qızıl suyuna çəkilmiş fransız istehsalı olduğu güman edilən fincanlar kral Etelstan zamanına aid edilir.
   Mütəxəssislərin dediyinə görə, Böyük Britaniya ərazisində sonuncu dəfə vikinq xəzinəsi 1840-cı ildə Lankaşir qraflığının ərazisində aşkar olunub.