Dünyanın tanınmış supermodellərindən olan Ell Makfersonun labrador və pudel cinslərinin qarışığından törəmiş sevimli iti də sahibinin sənət yolunu “seçib”. “Podium” dərgisinin yazdığına görə, bugünlərdə modelyer və onun iti Britaniyanın “Doqsayt” model agentliyindən maraqlı bir təklif alıb. Təklifdə Ell Makfersonun iti ilə müqavilə bağlanmasını istəyən şirkət rəhbərliyinin iti və sahibini öz ofisinə dəvət etdiyi bildirilir. Dünyada ilk model itlə bağlanacaq bu müqavilə barədə mətbuatda sensasion yazılar dərc olunmaqdadır. Məsələ orasındadır ki, bu fikrə düşən “Doqsayt” şirkəti özünün ev heyvanları üçün hazırladığı aksessuarları ilə məşhurdur. İndi isə ilk dəfə olaraq itdən podiumda moda nümayiş etdirən model kimi istifadə olunacağı bildirilir.