Telekanallardan birinə müsahibə verən məşhur Hollivud ulduzu Demi Mur heç vaxt plastik cərrahiyyə əməliyyatı keçirmədiyini söyləyib. Aktrisa onu da qeyd edib ki, o, belə əməliyyatlara müraciət edənləri də qınamaq fikrində deyil. Kimin necə görünmək istəməsi hər kəsin şəxsi işidir.
   Həmişə şux və təravətli görünən Demi Murun fikrincə, heç bir plastik cərrahiyyə insanı xoşbəxt edə bilməz. Unutmaq olmaz ki, belə əməliyyatlardan sonra insanın təbii siması ilə yanaşı, xarakterində də bir sıra komplekslər yaranır. Hazırda mən öz yaşıma uyğun gözəl qadın olmağı daha üstün tuturam. Özünü cavanlaşdırmaqla gülünc günə salan qadınlar sonda heç nəyə nail olmurlar.