Qəzetlərin yazdığına görə bu yay ən çox tamaşaçı toplamış kinofilm “Harri Potter və şahzadə“ olub. Bu filmin bir milyard dollar gəlir gətirdiyi bildirilir. Bu gəlirin təqribən 600 milyon dollardan artığı beynəlxalq prokatın payına düşür. Ümumiyyətlə Hollivud tarixində bir yay fəslində, qısa bir zaman kəsiyində bu qədər pul gətirən kinofilmlər çox az olub. Mütəxəssislərin bildirdiyinə görə dünya kinosunda fenomenal hadisə sayılan bu olay hamının böyük marağına səbəb olub.