Builki yay Şotlandiyada klip satışı ilə məşğul olan adamlara külli məbləğdə gəlir gətirib. Əhalinin hədsiz maraq göstərdikləri kliplərin içərisində xarici sənətçilərlə yanaşı yerli müğənnilərin yeni klipləri də mühüm yer tutub. Şotland mətbuatının yazdığına görə builki yay fəslinin ən sevimli və ən çox satılan klipi isə Süzan Boylun musiqi albomu olub. Maraqlı cəhət orasındadır ki. Süzan Boyl bir çoxlarının güman etdiyinin əksinə olaraq heç də peşəkar müğənni deyil. Sadə ev xanımı olan bu şotland qadını klipinin uğurlu satışından sonra bir sıra səsyazma studiyalarından yeni sifarişlər almaqdadır.