Məşhur Amerika yazarı Den Braunun yeni çapdan çıxmış “İtirilmiş rəmzlər” romanı qısa bir zamanda əldən-ələ gəzərək müəllifinə inanılmaz şöhrət və əlbəttə ki, yaxşıca qazanc gətirib. Əsərin süjet xəttini məşhur Harvard Universitetinin məzunu, rəmzlər üzrə mütəxəssis Robert Lenqdomun həyatında baş vermiş yarı rəmzi, yarı gerçək və yarı mistik olaylar təşkil edir.
   Qəzetlərin yazdığına görə, ABŞ-ın ən məşhur kitab dükanları, o cümlədən tanınmış kitab ticarəti mağazaları “İtirilmiş rəmzlər” kitabının çapdan çıxan yeni tirajlarını almaq üçün növbəyə durublar. İnformasiya agentliklərinin və internet saytlarının yaydıqları xəbərlərdə bildirilir ki, Den Braunun bu əsəri Edvard Kennedinin ölümündən sonra onun xatirələri çap olunmuş “Dəqiq kompas” adlı kitabından daha məşhur olub.