“The Stooges” qrupunun lideri İqqi Popa “Canlı əfsanə” nominasiyasında keçirilən musqi festivalında Classic Rock Roll Of Honour mükafatına layiq görülüb.Bu barədə məqalə dərc etmiş “The Daily Telegraph” qəzetini yazdığına görə, 62 yaşlı musiqiçiyə layiq olduğu bu mükafat 2009-cu il noyabr ayının 2-də Londonda keçiriləcək təntənəli toplantıda təqdim ediləcək.
   Qəzetin yazdığına görə, məşhur müğənni eyni zamanda «Classic Rock» dərgisinin təsis etdiyi mükafatı da alacaq. Məlumatlara görə, sözügedən festival hər il əsasən 6 nominasiya üzrə - “Ən yaxşı yeni qrup”, “İlin albomu”, “Ən yaxşı təkrar nəşrlər”,”İlin ən yaxşı konserti” və “İlin filmi” nominasiyaları üzrə keçirilir.
   Builki festivalda həmçinin “Chickenfoot”, “The Parlor Mob”, “Diagonal”, “Steadlur”, “Crippled Black Phoenix” və “New Device” kimi məşhur musiqi kollektivlərinin də iştirak etdiyi bildirilir.