Qərb mətbuatında yayılan məlumatlara görə, dünyasını dəyişmiş məşhur sənətçi Maykl Cekson indiyədək heç kəsin bilmədiyi bir yaradıcılıqla da məşğul olurmuş. Bu mövzuya açıqlama gətirən qəzetlər dünyanın pop kralının həm də yazıçılıqla məşgul olduğunu xəbər verir. Nyu-York naşirləri hazırda Maykl Ceksonun yazdığı və bu vaxta kimi gizli saxlanılan romanını çap etməyə hazırlaşırlar. Qəzetlər bu romanın adının olmadığını da qeyd edirlər. Lakin məzmunundan bəlli olur ki, əsərdə baş verən hadisələr pop kralının elə öz həyatını əks etdirir. Məlumatda o da bildirilir ki, Maykl Cekson əvvəlcə süjet qurur və personajların konsepsiyasını yaradırmış. Sonra isə digər müəlliflərlə birgə işləyirmiş.