İngilisdilli yazarlar son 25 ildə bütün dünyada ən məşhur ədəbiyyat nümunələrini aşkara çıxarmaq üçün sorğu keçirib. Sorğunun nəticələrinə görə, Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı” kitabı son 25 ildə ən çox alınan və oxunan kitab olub. Qərb yazarları arasında keçirilmiş sorğunun nəticələri sübut edib ki, Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı” romanından sonrakı yerləri Vladimir Nabokovun “Lolita”, Salman Rüşdinin “Şeytan ayələri” və Maykl Ondatcenin “İngilis pasiyenti” kitabları tutur. Bu barədə KİV-lərə müsahibə verən nigeriyalı yazar Çik Uniqve belə deyib:-“Markes bizim hamımızın gerçəkliyə olan baxışlarımızı büsbütün dəyişib. Mən elə bir müasir yazar tanımıram ki, yaradıcılığına Markesin təsiri olmasın”.
   Dünyanın ən yaxşı kitabları siyahısında ABŞ prezidenti Barak Obamanın “Atamın oğulları”, həmçinin Şimusa Xinin, V. S. Naypolun, Ted Hyuzun və Cek Kutzenin kitabları da var.