Dünyanın məşhur parfümeriya kraliçası əfsanəvi Koko Şanel kinematoqrafların da diqqətini cəlb etdi. Fransa qəzetlərini yazdığına görə, kinorejisor Anni Fontenin ekranlaşdırdığı “Koko do Şanel” yeni bədii filmi üzərində tamamlama işləri başa çatıb. Oktyabrın 8-də Parisin ən prestijli kinoteatrlarından birində sözügedən filmin təntənəli təqdimetmə mərasiminin keçiriləcəyi bildirilir. Kinotənqidçilərinin rəyinə görə “Koko do Şanel” qüvvətli, cəsarətli, eyni zamanda ürəkdən sevməyi bacaran bir qadının həm dramatik sevgi macəraları, həm də yaşamaq və həyat uğrunda mübarizəsini əks etdirən pritçadır. Əsl adı Odri Totu olan sadə bir qızcığazın az qala əfsanəyə çevrilmiş adı bu gün dünyanın beş qitəsində tanınmaqdadır. Bu tanışlıq ötən əsrin 50-ci illərində dünyaya göz açmış sadə bir əyalət qızının fitri istedadı və titanik zəhmətsevərliyindən qaynaqlanan heyrətamiz bir gerçəkliyin tarixçəsidir.