Sentyabrın 26-da Tatarıstanın paytaxtı Kazan şəhərində “Qızıl minbər” beynəlxalq kinofestivalının təntənəli aşılışı olub. Festivalda iştirak etmək üçün bir çox ölkələrdən xeyli kinematoqrafçılar gəlib. Hollivuddan gəlmiş aktyor Keri Xirayuki Taqava, Armand Assante, o cümlədən - məşhur “Yeralaş” proqramının rejissoru Boris Qraçevski də festivala qatılmışlar.
    Festivalda ilk nümayiş olunan film “Ən doğru nağıl” olub. “Qızıl minbər” beynəlxalq kinofestivalını müsəlman ölkələrinin filmlərinə baxış adlandırmaq olar. Kinofestivalda nümayiş olunan filmlər arasında zorakılığı və təcavüzü, terroru, müharibəni, irqi ayrı-seçkiliyi əks etdirən filmlərin nümayişi qadağan edildiyi üçün məktəblilər də festivalda iştirak edirlər.
   Kinofestivalın açılışında Tatarıstan prezidenti Mintemir Şaymiyev, Rusiya Federasiyası Müftilər Şurasının rəhbəri Ravil Haynuddin də iştirak etmişlər. Festival davam edir.