Bir qədər əvvəl Sinqapurda keçirilən “Dünya gözəli” müsabiqəsi maraqlı bir olayla yekunlaşıb. Dünyanın onlarla ölkəsindən gəlmiş gözəl qızların bəxtlərini sınadığı bu mötəbər yarışmada münsiflər heyəti birinci mükafatı yekdilliklə gənc və cazibədar qız Ris Louya verib. Lakin “Miss Sinqapur -2009” adına layiq görülən Ris Lou qazandığı bu böyük qələbənin sevincini dadmamış solona daxil olan polislər Sinqapur gözəlini həbs ediblər. Minlərlə tamaşaçının gözləri qarşısında baş verən bu olay hamını heyrətləndirib. Bi-bi-si radiosunun məlumatına görə, polislər “Miss Sinqapur -2009”un qalibinin axtarışda olduğunu və haqqında cinayət işi qadırıldığını bildiriblər. Polislərin dediyinə görə, miss Ris Lou kredit kartlarını oğurlamaqda suçlandırılır.