Məşhur skripkaçı İshaq Perlman və pianoçu Rohan de Silvanın P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük salonunda verdikləri konsert minlərlə tamaşaçını heyran edib. Mətbuatın yazdığına görə, əsasən qədim və müasir yəhudi mahnılarını ifa edən sənətçilər dəfələrlə alqışlarla qarşılanaraq dönə-dönə səhnəyə qaytarılıblar. İshaq Perlman yəhudi xalq mahnılarının virtuoz ifaçısı kimi tanınsa da, əslində o, rok və pop musiqisinin mahir bilicisidir. Yaradıcılığının ilk illərində musiqinin bu janrlarını özünün hobbisi hesab edən sənətçi sonralar bu sahədə görünməmiş nailiyyətlər əldə edib.