Avropanın ekzotik kolleksiya həvəskarları bugünlərdə Parisin “Grand Palais” muzeyində nümayiş olunan ən qədim dinozavr skeleti ilə tanış olmaq imkanı əldə ediblər. “Le mond” qəzetinin məlumatına görə, dünyada indiyə kimi tapılan ən qədim dinozavr skeletlərinin oxşarı olan bu yeni eksponat muzeyin rəhbərliyi tərəfindən açıq satışa çıxarılıb. Mütəxəssislərin rəyinə görə, bu dinozavr skeletini almaq istəyən tapılarsa o zaman həmin şəxs qabaqcadan əlverişli bina qayğısına qalmalıdır. Dünyada belə ekzotik kolleksiya sahibi olanlar heç də az deyildir. Onların arasında hətta kolleksiyasında nəhəng dinozavr yumurtası olan həvəskar milyonçu da var.