Balacaların ən sevimli nağıl qəhrəmanlarından olan Vinni Puxun şöhrəti ildən-ilə daha da artır. Oktyabrın 10-da isə ABŞ-ın və Böyük Britaniyanın kitab mağazalarında “Vinni Puxun qayıtması” adlı yeni kitab uşaqların böyük sevincinə səbəb olub. Yazıçı Alana Aleksandra Milnanın bu seriyadan yazdığı əvvəlki kitabları da uşaqların ən çox sevdikləri nağıllardandır. Dilindən, dinindən, irqindən asılı olmayaraq bütün dünya uşaqlarının çox sevdikləri balac ayı balası- Vinni Pux haqqında kitab ilk dəfə olaraq 1926-cı ildə nəşr olunub. 1928-ci ildə isə kitabın ikinci cildi işıq üz görüb. Balacaların sevimli kitabı olan “Vinni Pux”un səhifələrini isə rəssam Ernest Şepardın illüstrasiyaları bəzəyir.
   Maraqlıdır ki, “Vinni Pux” kitabının yazılmasında müəllif Aleksandra Milnana öz oğlu balaca Kristofer Robinin böyük təsiri olub. Bu məşhur nağıllar keçmiş sovet respublikalarında da uşaqların ən sevimli nağıl kitablarından sayılıb.