90 -cı illərin supermodeli Klaudia Şiffer moda dünyasından birdəfəlik uzaqlaşmaq fikrindədir. Britaniyanın “Vogue” jurnalına verdiyi müsahibədə top-model deyib ki, o, podiumla birdəfəlik vidalaşmaq və bu sahədəki karyerasını başa vurmaq fikrindədir. Lakin, elə həmin müsahibəsində sənətçi vurğulayıb ki, o bundan sonra heç də evdə bekar və işsiz oturmaq fikrində deyil. Klaudia deyib ki, indi o, reklam jurnallarında və fotosessiyalarda iştirak etmək barədə düşünür. Podium isə onun üçün artıq yaşanmış bir mərhələ olaraq öz cazibədarlığını itirib:
   - “Əlbəttə mən yenə də pərəstişkarlarımı cazibədar pozalarımla sevindirəcəyəm, lakin podiumda deyil, reklam jurnallarında. Çünki mən bundan xüsusi zövq alıram. Podiumda o baş-bu başa gedib- gəlmək isə məni bezdirib. Bundan sonra moda nümayişlərində adi tamaşaçı kimi iştirak etmək fikrindəyəm. Bu olduqca maraqlıdır. Özümü tamaşaçı kimi görmək mənə zövq verir”.