Dünyanı bürümüş iqtisadi böhran sənət dünyasından da yan keçmir. Tokio qəzetlərinin yazdığına görə, bu sırada məşhur yapon moda dizayneri Youji Yamomotonun da bəxti gətirməyib. Ünlü moda dizaynerinin sahibi olduğu şirkət istehsal etdiyi mallara olan tələbatın kəskin azalması ucbatından 6 milyard iyen, yəni 67 milyon dollar ziyana düşüb. Bununla əlaqədar Youji Yamomoto ölkənin vergi orqanlarına rəhbəri olduğu şirkətin müflis olması barədə rəsmi bəyanat verib.
   Agentliklərin məlumatına görə, iqtisadi böhranın müflisləşdirdiyi bir sıra moda şirkətləri içərisində İtaliyanın “Gianfranco Ferre”, “Gianne Forsage”nin də adları çəkilir. Bu sənaye nəhənglərinin bir sıra ölkələrdəki filial və şöbələrinin isə öz fəaliyyətlərini büsbütün dayandırdığğı bildirilir. Bununla yanaşı digər tanınmış moda korporasiyaları da xarici ölkələrdə yeni filialların açılmasını dayandırıb.