Böyük Britaniyanın “Sky News” telekompaniyasının yaydığı məlumatda bildirilir ki, dünyaşöhrətli vokalçı, məşhur müğənni Boyzone dünyasını dəyişib. Məlumata görə, sənətçi İspaniyanın Malyorka adlanan kurort şəhərciyində istirahət etməyə yollanıbmış. Ertəsi gün müğənni axşam naharını etdikdən sonra otağına çəkilib və bundan sonra onu bir daha görən olmayıb. Ertəsi gün sənətçini otağında ölmüş vəziyyətdə tapıblar. Hələlik ölümün səbəbi və hadisənin təfərrüatı açıqlanmayıb.
   Qəzetlərin yazdığına görə, Boyzone özünün qeyri- ənənəvi orientasiyası ilə tanınırmış.