Los Anceles mətbuatının yaydığı xəbərlərdən birində deyilir ki, dünyaşöhrətli müğənni Madonnanın adı yenidən qalmaqallı məhkəmə salonlarından gəlməkdədir. Məlumatda deyilir ki, dünya musiqi aləminin super ulduzunu bu dəfə məhkəməyə elə öz qonşusu verib. Hər şey adicə səs-küy nəticəsində yaranıb. Müğənninin Manhettendə yerləşən mənzilində gecə-gündüz hay-küylü məşqlər təşkil etməsi üst mərtəbədəki qonşusunu özündən çıxarıb. Bundan sonra iş məhkəməyə çıxıb.
   Müğənninin prodüseri jurnalistlərə vediyi açıqlamada bildirib ki, Madonna xarici ölkələrə qastrol səfərlərinə hazırlaşdığı bir zamanda baş vermiş insident sənətçini bərk əsəbiləşdirib. Lakin bütün bunlara baxmayaraq şikayət edən qonşular ədalət məhkəməsinin çıxaracağı qərarı gözləyir. Bəzi agentliklərin yazdığına görə, məhkəmə müğənnini yüksək məbləğdə cərimələyə, yaxud onun xaricə qastrol səfərlərinə təsir edə biləcək istənilən hökmü çıxara bilər. Çünki bu ölkədə qanun hamı üçündür.