İtaliya KİV-i bu yaxınlarda böyük sensasiyaya səbəb olan maraqlı bir xəbər yayıblar. Xəbərdə qeyd edilir ki, ölkənin ən qədim liman şəhərlərindən olan Çivittavekdəki köhnə binalardan birində təmir işləri aparılarkən naməlum bir freska aşkarlanıb. Tapıntı yerinə dəvət olunmuş mütəxəssislər indiyə kimi heç kəsə məlum olmayan bu freskanın intibah dövrünün dahi rəssamı Rafael Santiyə (1483-1520) məxsus olduğunu bildiriblər. Aparılan ilkin tədqiqatlar nəticəsində “Heliodoranın sürgün edilməsi” adlanan bu rəsmin dahi rəssam Rafael tərəfindən təqribən 1527-ci ildə çəkildiyi məlum olub.
   Romalı mütəxəssislərin dediyinə görə isə 500 ilə yaxın yaşı olan bu əsər hələ ikinci dünya müharibəsindən sonra təsadüfən aşkarlansa da, indiyə kimi nədənsə sənətşünasların diqqətindən kənarda qalıb. Rafael Santinin fırçasına məxsus bu freska uzun illər ərzində hətta kataloqlara belə salınmayıb.
   Hazırda Rafaelin yaradıcılığını tədqiq edən sənətşünas Nikol Dakozi bu unikal tapıntı barədə yaxın günlərdə rəsmi açıqlama verməyə hazırlaşır.