YUNESKO Baş qərargahının şənbə günü keçirilən konfransında bolqarıstanlı İrina Bokova gizli səsvermə yolu ilə növbəti müddətə təşkilatın Baş katibi seçilib.
   Əvvəllər Bolqarıstanın Fransada və YUNESKO-da təmsilçisi olub. İ.Bokova bu vəzifəyə seçilmək üçün səkkiz namizədin iştirak etdiyi, beş turdan ibarət müsabiqədən keçməli olub. Maraqlıdır ki, müsabiqədə iştirak edənlərdən biri - RF xarici işlər nazirinin müavini Aleksandr Yakovenko həm də İrinanın tələbəlik yoldaşıdır. Onlar vaxtilə MDXƏİ- də bir kursda təhsil alıblar.
   182 nəfər səlahiyyətli nümayəndədən 166-sının səs verdiyi bolqar xanım dördüncü turda yeganə rəqibi olan Misir Ərəb Respublikasının mədəniyyət naziri Farux Hüsni ilə bərabər xal toplasa da beşinci turda ona dörd səs çoxluğu ilə üstün gəlib.