TAR-ASS xəbər verir ki, dünən Rusiya Federasiyasının paytaxtı Moskvada məşhur Amerika şairi Uolt Uitmenin Vernadski prospektində qoyulmuş abidəsinin təntənəli açılış mərasimi olub. Mərasimdə Moskva şəhərinin meri Yuri Lujkov, RF xarici işlər naziri Sergey Lavrov və Rusiyada rəsmi səfərdə olan ABŞ dövlət katibi Hillari Klinton iştirak ediblər.
   Rəsmi məlumatlarda qeyd edilir ki, bu abidə 2000-ci ildə Moskva rəhbərlərinin təşəbbüsü ilə rus şairi Aleksandr Puşkinin ABŞ paytaxtına hədiyyə edilmiş adidəsinə cavab olaraq Vaşinqton meriyası tərəfindən göndərilmiş hədiyyədir. Bu ənənənin gələcəkdə də davam edəcəyinə əmin olduqlarını bildirən iki ölkənin rəsmiləri amerikalılarla rusların bundan sonra da bir sıra mədəni layihələrdə müştərək iştirak edəcəklərini bildiriblər.