Böyük hay-küylə keçən IV Roma kinofestivalında nümayiş etdirilən “Doktor Parnasın təxəyyülü” filmi iştirakçıların böyük marağına və həmçinin acı təəssüfünə səbə olub. Məsələ burasındadır ki, rejissor Terri Hilliamın sözügedən bu filmdə baş rolda çəkdiyi istedadlı aktyor Hit Lecer premyeradan bir qədər əvvəl, 28 yaşında faciəli surətdə həlak olmuşdur.
   Ölümündən sonra “Oskar” mükafatına layiq görülmüş əslən avstraliyalı aktyor Hit Lecer indiyədək bir sıra məşhur kinofilmlərdə yaddaqaln rollarda çəkilib. Bu filmlərin içərisində “Patriot”, “Cəngavərin tarixi”, “ Qrimm qardaşları”, “Kazanova”, «Qozbel dağlar” və “Qulyabanıların bayramı” dünyanın bir çox beynəlxalq kinofestivallarında nümayiş olunub. Bu filmlərin əksəriyyətində Lecerin tərəf-müqabili olmuş aktrisa Mişel Uilyamsla ailə həyatı quran aktyorun 2005-ci ildə Matilda adlı bir qızı olmuşdur. Lakin ötən il-ölümündən bir qədər əvvəl cütlüyün bu izdivaca son qoyduğu, rəsmən boşandıqları bildirilir.