Ötən gün ABŞ -ın Milli Televiziya Akademiyasının təsis etdiyi və bir ənənə olaraq hər il payız aylarında təqdim olunan populyar “Emmi” mükafatının növbəti təqdimat mərasimi keçirilib. Mükafatın builki qalibləri “Sərsəmlik” və “30 Rok” adlı televiziya filmlərinin yaradıcı heyəti olub.
   Qəzetlərin yazdığına görə, müsabiqə əsasən iki nominasiya üzrə keçirilib. Münsiflər heyəti “2009-cu ilin ən yaxşı teleserialı” nominasiyası üzrə birinci yeri tərəddüdsüz olaraq “Sərsəmlik” filminə verib. “30 ROK” filmi isə “İlin ən yaxşı komediya telefilmi” nominasiyası üzrə ikinci mükafatı alıb. Hər iki film qızıl “Emmi”nin sahibi olub.
   “İlin ən yaxşı kişi rolu”nun ifaçısı isə “Solmuş bağçalar” televiziya filmində baş rola çəkilmiş aktyor Brayna Krenston hesab olunub. “Ən yaxşı qadın rolu”na görə mükafatın sahibi isə aktrisa Qlen Qlouz olub. Mükafatçılar sırasında tanınmış aktyorlar Çerri Cons və Maykl Emerson da vardır.