Las-Veqasda keçirilən ənənəvi Latın Amerikası ölkələri musiqisinə həsr edilən növbəti X festival başa çatıb. Festivalda iştirak edən region ölkələrinin musiqi kollektivləri baş mükafat uğrunda bir həftə ərzində gərgin mübarizə aparıblar. Bu arada münsiflər heyətinin son qərarı sensasiyaya səbəb olub. Belə ki, festivalın baş mükafatı olan “Qremmi Latino” kubalı müğənni, “Ən yaxşı tropikal albom”un müəllifi Omare Portuondoya qismət olub.
   Təntənəli təqdimetmə mərasimində çıxış edən gənc musiqiçi qeyd edib ki, onun ən böyük arzusu hazırda ABŞ hökumətinin onun vətəni Kubaya qarşı qoyduğu embarqonu ləğv etməsidir. Mötəbər festivalın birinci mükafatına layiq görülmüş Omare jurnalistlərlə söhbətində deyib ki, o, əldə etdiyi bu ilk və böyük uğuru öz həmvətənləri ilə bölüşmək üçün yaxın günlərdə Kubaya getmək fikrindədir.
   Festival barədə geniş məqalələr dərc edən Amerika qəzetlərinin yazdığına görə, məşhur meksikalı sənətçi Emmanuelin oğlu Aleksander Aça isə bu festivalda müxtəlif nominasiyalar üzrə üç mükafata layiq görülüb.