Dünyada sülhün və azadlığın inkişafındakı əvəzsiz xidmətlərinə görə Beynəlxalq Nobel mükafatı laureatı, BMT-nin sabiq Baş katibi Nelson Mandelanın şərəfinə “Beynəlxalq Nelson Mandela günü” təsis olunub. Bu barədə qərar təşkilatın bugünlərdə keçirilən növbəti yığıncağında qəbul olunub. Yekdilliklə qəbul olunmuş həmin qərara əsasən, bundan sonra hər il iyul ayının 18-i dünyada “Beynəlxalq Nelson Mandela günü” kimi qeyd olunacaqdır. Təşkilatın bu barədə yaydığı press-relizlərdə qeyd edilir ki, gələn il 92 yaşı tamam olacaq Nelson Mandela ömrünün 27 ilini Keyptaundakı Robben-Aylend həbsxanasında siyasi məhbus kimi keçirib. O. 1990-cı ildə həbsdən azad olunduqdan sonra Cənubi Afrika Respublikasının demokratik yolla və xalqın iradəsi ilə seçilmiş ilk prezidenti olub.
   BMT-nin hazırkı Baş katibi Pan Gi Mun Nelson Mandelanı dünyada demokratiya və azadlığın canlı təcəssümü adlandırıb.