Noyabrın 13-də Nijni-Novqorod şəhərində “Rus şeirinin Günəşi” A.S.Puşkinə həsr olunmuş XXIII “Boldino payızı” Opera və Balet Festivalının təntənəli açılış mərasimi keçirilib. Şairin “Qaratoxmaq qadın” poemasının motivləri əsasında dahi bəstəkar P.İ.Çaykovskinin yazdığı eyniadlı operanın sədaları altında açılan festivala hər il olduğu kimi bu il də dünyanın bir sıra ölkələrindən məşhur müğənnilərin, poeziya həvəskarlarının, puşkinsevərlərin toplaşdığı bildirilir.
    Festivalın anşlaqla keçən ilk günü Moskva Konservatoriyasının, K.S. Stanislavski və V.İ. Nemiroviç-Dançenko adına Moskva Musiqili Teatrının, Sankt -Peterburq Dövlət Kamera Musiqisi Teatrının tanınmış müğənniləri ilə yanaşı, cənubi Koreyadan, Yaponiyadan gəlmiş musiqi kollektivləri də maraqlı proqramlarla çıxış etmişlər.
    “Boldino payızı”nın noyabrın 22-dək davam edəcəyi bildirilir.