“Forbes” dərgisi Hollivudun ən çox dəyərləndirilən aktyorlarının siyahısını dərc edib. Bu sırada Uill Forrellin adı siyahının sonunda gedir. Dərginin yazdığına görə, kinostudiya bu aktyora sərf etdiyi hər bir dolların müqabilində 3.29 dollar gəlir əldə edir. Məsələn, Uill Forrellin çəkildiyi “Təzə Ay” filmi bu cəhətdən rekord sayıla bilər.
   
   Dərginin siyahısında ən az gəlir gətirən ikinci aktyor isə Evan Makqreqordur. Üçüncü yerin sahibi məşhur trillerlərin baş qəhrəmanı Billi Bob Tronton olub. Onun kino sənayesi sahibkarlarına gətirdiyi gəlirin Uill Forrellə müqayisədə bir qədər artıq olduğu bildirilir. Dərgidə ən cox gəlir gətirən və adları reytinqin ilk onluğuna düşmüş digər aktyorların adları aşağıdakı ardıcıllıqla verilib:
   Eddi Merfi- 4.43 dollar
   Ays Kyub - 4.77 dollar
   Tom Kruz - 7.18 dollar
   Dryu Berrimor - 7.43 dollar
   Leonardə di Kaprio - 7.52 dollar
   Samuel L cekson - 8.59 dollar
   Cim Kerri - 8.62 dollar
   Dərginin məlumatına görə, hazırda Hollivudun ən cox gəlir gətirən aktyoru Şayya La Bef hesab olunur. Bu populyar kino ulduzunun studiyanın ona sərf etdiyi hər bir dolların müqabilində 160 dollar gəlir gətirdiyi bildirilir.