Qərbi Avropa ölkələrinin bir çox internet saytlarında tanınmış rep ustası Lil Ueynlə bağlı maraqlı bir məlumat yayılıb. Həmin məlumatda bildirilir ki, bir neçə gün əvvəl - fevralın 9-da qanunsuz odlu silah saxlamaq və gəzdirmək maddəsi ilə ittiham olunaraq haqqında cinayət işi qaldırılan reper barəsində işə xitam verilib. Buna səbəb reperin dişlərində və ağız boşluğunda yaranmış problem olub. Asayiş keşikçilərinə dişlərində kariyes olduğunu və stomatitdən əziyyət çəkdiyini bildirən rep ustası, təcili olaraq müalicə olunmayacağı təqdirdə səs tellərində və ağız boşluğunda fəsadlar yaranacağını, nəticədə səhnədən birdəfəlik getmək məcburiyyətində qalacağını bildirib. Ekspertlərin rəyindən sonra repçi həbs təhlükəsindən qurtula bilib.