“Gözəlçə” filminin qadın qəhrəmanı Culiya Roberts hazırda “Ye, dua et, sev” adlı yeni bədii filmdə baş rollardan birinə çəkilmək üçün Hindistana gedib. KİV-lərin yazdığına görə, filmin əsas çəkilişləri Dehli şəhərinin yaxınlığındakı Pataudidə aparılacaqdır. Qeyd edək ki, çəkilişlərin davam etdiyi müddət ərzində Culiya Robertsi 350 cangüdən mühafizə edəcəkdir. Uşaqlarını da özü ilə aparmış 41 yaşlı aktrisa, xüsusi olaraq düzəldilmiş gülləkeçirməyən nəqliyyat növündən istifadə edir. Maraqlı cəhət orasındadır ki, uğursuz bur qadının teleyindən bəhs edən bu filmi aktrisanın özü ekranlaşdırır. Məlumatlara görə, bu film 2011-ci ildə tamaşaçıların ixtiyarına veriləcək.