Tayvanlı heykəltəraş Cio KO İn dünyada ilk dəfə mərmərdən yonulmuş ən kiçik heykəl yaratmışdır. Heykəltəraş 2010-cu ilin şərəfinə pələng heykəli düzəltmək qərarına gəlib və bu işdə mikroskopdan istifadə edib. Hazırda boyu cəmi bir millimetr olan pələng heykəlinə baxmaq üçün gün ərzində minlərlə insan onun nümayiş etdirildiyi muzeyin qarşısında növbə gözləyir.Jurnalistlərə müsahibə verən sənətkar bildirib ki, heykəl üzərində işləyərkən daha çox pələngin dili üzərində əziyyət çəkib. Çünki mikroskop altında boyu cəmi 1 millimetr olan pələngin dilini yaratmaq çox çətin olmuşdur.