ABŞ-da nəşr olunan mədəniyyət və incəsənət dərgilərindən birində dünyasını dəyişmiş iki ən məşhur sənət korifeyinin - vokalist Frenk Sinatranın və aktrisa Dina Martinanın xatirələrinin əbədiləşdiriləcəyi bildirilir. Məlumata görə, bu məqsədlə ABŞ-ın Las-Veqas şəhərindəki “Ulduzlar xiyabanı”nda hər iki sənətçinin mərmərdən hazırlanmış büstü qoyulacaqdır. Xatırladaq ki, çağdaş Amerika cazının “xaç atası” sayılan Frenk Sinatranın mahnıları yazılmış CD diskləri bu gün də böyük tirajla satılmaqdadır. Aktrisa Dina Martinanın yaratdığı rolları isə ABŞ-da uşaqdan tutmuş böyüyədək hamı əzbər bilir və onu sevə-sevə xatırlayırlar. Onu da qeyd edək ki “Ulduzlar xiyabanı” məşhur “Hollivud parkı”ndan sonra ölkədə ikinci fəxri xiyaban hesab olunur.