Bu barəbə kinorejissor özünün yenicə çapdan çıxmış “Komediyanın kədərli üzü, yaxud bir ömrün yaşantıları” adlı kitabında məlumat verib. Bu kitab müəllifin ikinci əsəridir. “Komediyanın kədərli üzü”nün birinci cildi hələ 33 il bundan əvvəl - 1977-ci ildə kütləvi tirajla nəşr edilib. Eldar Ryazanov təqaüddə olsa da, kino aləmindən tamamilə uzaqlaşmayıb. Onun yarım əsr bundan əvvəl çəkilmiş “Karnaval gecəsi” adlı ilk kinofilminin yubileyi isə paytaxt Moskvada böyük təntənə ilə qeyd edilib. KİV nümayəndələrinə müsahibə verən sənətçi, 82 yaşı olmasına baxmayaraq fəal həyat tərzi yaşadığını, dünya kinosunda baş verən yenilikləri müntəzəm olaraq izlədiyini bildirib. O, yeni ideyalar və mövzular barədə danışarkən, belə bir məqamı da qeyd edib ki, kino aləmindən getmək fikrindədir: “Mən artıq kino aləmindən getmək barədə düşünürəm. Əlbəttə, fiziki cəhətdən tam formada olmağıma və yaradıcılıq etibarilə hələ də tükənmədiyimə baxmayaraq, necə deyərlər, artıq “qocalıqda yorğa yerimək” fikrində deyiləm. Əlbəttə, qoca və əldən düşmüş bir təqaüdçü kimi yaşaya bilməyəcəyimi də yaxşı anlayıram. Əllərimi yanıma salaraq dayanmaq fikrim yoxdur. Lakin bütün bu fəaliyyətimin kinoya heç bir dəxli yoxdur. İndi gücümü və istedadımı bir qədər fərqli ampluada reallaşdırmaq fikrindəyəm”.
    Məşhur kinorejissor ailə həyatından böyük zövq aldığını və həyat yoldaşı ilə birgə bütün çətinliklərə sinə gərmək əzmində olduğunu da gizlətməyib. Kinorejissor son müsahibələrinin birində qeyd edib ki, sənətə gəlmək nə qədər çətin və şərəfli olsa da, ondan vaxtında çiyrənməmiş getmək də əsl hünərdir.