London qəzetlərinin manşetlərinə çıxarılan xəbərdə deyilir ki, Roma Papası XVI Benedikt Britaniya Birləşmiş Krallığının “Klassikal Brit” mükafatına layiq görülüb. Roma Filarmonik Akademiyasının və Britaniya Kral Filarmoniyası orkestrlərinin müşayiəti ilə oxunan kilsə xorunun yazıldığı diskdə Papanın solo ifasında səslənən dini nəğmə münsiflər heyəti tərəfindən yekdilliklə bəyənilib. Burada əsasən pantifikin kilsə xorunun ritual mərasimini icra edərkən avazla oxuduğu duaları yazılıb. Bu dini mahnılar “Radio Vatikan”ın arxivindən götürülüb.
   Qəzetlərin yazdığına görə, “Klassikal Brit” mükafatı klassik əsərlərin ən yüksək səviyyəli ifasına görə verilir və ölkənin ən ali incəsənət mükafatı sayılır. Mükafat münsiflər heyəti tərəfindən 12-dən artıq musiqi kollektivinin arasından seçilir.