Kanadalı məşhur pop müğənnisi Selin Dion tezliklə Las-Veqasın unudulmaz “Caesars Palase” konsert salonunun səhnəsinə qayıtmağa hazırlaşır. Bu barədə jurnalistlərə açıqlama verən müğənni qeyd edib ki, hazırda ciddi məşqlər edir və öz reperturanı zənginləşdirir. Xatırladaq ki, Las-Veqasın sözügedən konsert salonu vaxtaşırı olaraq dünyanın ən ünlü sənətçilərinin yarışma meydanına çevrilir. Bir zamanlar burada adı dillər əzbəri olan səhnə ulduzları, o cümlədən dünya estradasının və pop musiqisinin ulduzları konsertlər vermişlər. Onların arasında Frenk Sinatra, Maykl Cekson, Elton Con kimi sənətkarlar da olub. Maraqlıdır cəhət orasındadır ki, Elton Con bu səhnədə özünün (“Red Piano”) «Qırmızı piano» adlandırdığı xüsusi şou konsert proqramı ilə 241 dəfə çıxış edib.