İnternet saytlarında yayılan məlumatların birində qeyd edilir ki, dünyaşöhrətli müğənni Sandra Ballok Müqəddəs Valentin Günü əllərini yandırıb. Məlumatda bildirilir ki, həmin gün müğənni sevgilisi Cessi Ceyms üçün sürpriz hazırlamaq istəyib. Bu məqsədilə iri bir tort bişirmək istəyən xanım təsadüfən əlini yandırıb. Dərhal xəstəxanaya çatdıralan meqa-stara ilkin tibbi yardım göstərilib. Həkimlərin dediyinə görə, müğənninin gözəlliyinə heç bir mənfi təsir etməyən bu təsadüfi yanğının təsiri tezliklə keçib gedəsidir. Müğənnini isə narahat edən başqa məsələdir. O, qəzetlərdən birinə verdiyi müsahibədə bildirib ki, sevgililər günündə öz sevimli kişisinə uğursuz sürpriz hazırlığı ona “dərs oldu”. Belə ki, meqa-star bundan sonra heç kəs üçün “sürpriz” hazırlamaq fikrinə düşməyəcəyinə söz verib.