. Britaniyalı fermer və dondurma sənayesi maqnatı Frenk Frederik görkəmli italyan opera müğənnisi Marçello Bedonini öz malikanəsinə dəvət edərək, fermasında saxladığı inəklərə konsert verməsini təklif edib. Sahibkar qeyri-adi görünən bu təklifini saxladığı inəklərdən daha çox və keyfiyyətli süd əldə etmək fikrində olduğu ilə əlaqələndirib. Ölkə mətbuatının yazdığına görə, fermer Frenk Frederik bundan əvvəl də inəkləri üçün belə konsertlər təşkil etdiyini etiraf edib. O, jurnalistlərlə söhbətində deyib ki, inəklərin musiqidən həzz aldığını və bunun sayəsində daha çox və keyfiyyəli süd verdiyini təsadüfən kəşf edib. Belə ki, bir yay günündə çəmənlikdə otlayan inəklərin arasında maqnitofonla gəzişərək klassik musiqiyə qulaq asan fermer, birdən birə inəklərdə xoş əhval yarandığını müşahidə edib. Lakin buna o qədər də əhəmiyyət verməyən Frenk sonrakı günlərdə də klassik operalardan parçalar yazılmış maqnitofonu ilə inəklərin arasında olarkən bu heyvanların musiqidən nə qədər xoşlandığını hiss edir. Bundan sonra o, bu hadisəni ardıcıl olaraq təkrarlayır və inəklər onun musiqisinə öyrəşir. Bu hadisələrdən bir qədər sonra inəklərin gündəkindən daha çox süd verdiyinin görən fermer, təcrübələrini bir xeyli müddət davam etdirir və heyrətamiz nəticələrə nail olur.
   Mətbuatın yazdığına görə, Frederik Frenk öz fermasında inəklər üçün dəfələrlə klassik musiqi nömrələrindən ibarət konsertlər verdirib. Hətta o, simfonik ortekstri tam heyətdə öz təsərrüfatına dəvət edərək, inəklər üçün konsertlər təşkil edib. Hazırda Böyük Britaniyanın Lankaşir qraflığında yaşayan fermer italyan tenoru, bir sıra dünya ölkələrində konsertləri anşlaqla keçən Marçello Bedonini bu işə razı salmaq üçün bir neçə yüz min avrodan keçməli olub.
   Məlumata görə, Fermer Frederikin özü də əslən italyandır.
   Məsələyə mütəxəssislərin də münasibətini açıqlayan “The Daily Telegraph” qəzetinin yazdığına görə, xoş avaz və ürəyəyatan musiqi nömrələri təkcə insanlara deyil, həm də bəzi heyvanların əsəb sisteminə təsir edə bilir. Beləliklə, klassik musiqi inəklərdə endorfin maddəsinin yaranmasına səbəb olur ki, bunun nəticəsində qorxu, narahatlıq və stress kimi xoşagəlməz hallar aradan qalxmış olur.